- Xəbər news
- 22:11 05.12.2025
Polşanın "Legiya" klubu "Krakoviya"ya qarşı keçirəcəyi Ekstraklasanın XVII tur oyunundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin fotosunu yayımlayıb.
Corner.az-ın məlumatına görə, Varşava təmsilçisi "İnstaqram" hesabında komandanın bu gün qələbə üçün meydana çıxacağını bildirib.
24 yaşlı hücumçu isə həmin postu paylaşaraq "Highly motivated" (yüksək motivasiyalı) sözlərini qeyd edib.
Qeyd edək ki, bu gün keçiriləcək "Krakoviya" - "Legiya" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
