7 dekabr 2025. Bazar günü

Əhmədzadənin komandası səfərdə uduzdu


Əhmədzadənin komandası səfərdə uduzdu
Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay”da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Aleksandriya”nın qonağı olub. Futbolçumuzun komandası meydandan 3:0 hesablı məğlubiyyətlə ayrılıb.

“Aleksandriya”nın azərbaycanlı futbolçusu Emil Mustafayev zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb. Əvəzində Rüstəm 90 dəqiqə meydanda olub. “Minay”ın digər azərbaycanlı futbolçusu – Eldar Quliyev isə start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
“Aleksandriya” bu qələbədən sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. “Minay” isə 10 xalla 16 kollektiv arasında 15-cidir.






Xəbər news