27 noyabr 2024. Çərşənbə

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması 5 dekabr Anım günü tədbiri keçirdi


Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması 5 dekabr Anım günü tədbiri keçirdi

   Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə, dünən, "ZOOM" proqramı vasitəsilə, "5 Dekabr – Deportasiyanın Anım Günü" tədbiri keçirilib. Bu barədə, təşkilatçı qurumların Mətbuat Xidmətindən Corner.az-a bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, alimlər, ziyalılar, Qərbi Azərbaycan İcmasının üzvləri, icma sədrləri, xaricdəki nümayəndələri... həmin tədbirin iştirakçıları olublar. Məlumata görə, tədbiri Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açaraq, öncə, iştirakçıları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Vətən torpaqlarının azadlığı uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

WhatsApp Image 2021 12 06 at 13.21.38 1Sonra millət vəkili Qərbi Azərbaycanda soydaşlarımızın deportasiya və soyqırımı tarixi ilə bağlı geniş məruzə ilə çıxış edərək, 1988-ci il deportasiyasına gedən yolun mərhələ və xüsusiyyətləri barədə ətraflı məlumat verib. Natiq öz məruzəsində xüsusi olaraq onu vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında, 44 günlük Vətən Müharibəsində qazandığımız Möhtəşəm Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb: "Qazandığımız bu Möhtəşəm Zəfər təkcə işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməyib, həm də bizim Qərbi Azərbaycan torpaqlarımıza qayıdışımızın təməlini qoyub!”.WhatsApp Image 2021 12 06 at 13.21.38 2
Məruzəçi daha sonra, bu ilin dekabr ayının 5-inin soydaşlarımızın tarixi dədə-baba yurdlarından -- indiki Ermənistandan sonuncu deportasiyasının 33-cü ildönümü olduğunu öz məruzəsində xüsusi qeyd edib: "33 il əvvəl ermənilərin Qarabağ iddialarına qarşı Göyçədə, Vedibasarda, Zəngibasarda, Ağbabada... mitinqlər keçirən – Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda ayağa qalxan soydaşlarımızın sonuncu deportasiyası tarixə düşdü. Bu tarixi, Anım Günü olaraq yad etməməyə bizim mənəvi haqqımız yoxdur!”.WhatsApp Image 2021 12 06 at 13.21.40
Millət vəkili Əziz Ələkbərli öz məruzəsində, soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası ilə bağlı, erməni vəhşiliyinin sübutu olan bəzi tükürpədici rəqəmləri bir daha xatırladıb:
"-- 300-ə yaxın yaşayış məntəqəsindəki 50 mindən artıq ailədən 300 min nəfərə yaxın soydaşımız zorla qovuldu;
-- 200 nəfərdən çox soydaşımız vəhşicəsinə qətlə yetirildi, 400 nəfərdən artıq insan yaralandı;
-- Bir çoxlarının evləri, əmlakları yandırıldı, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edildi;WhatsApp Image 2021 12 06 at 13.21.40 1
-- Fərdi və ictimai təsərrüfatlarda yüz minlərlə ev və təsərrüfat heyvanı, fərdi, ictimai və inzibati binalar, kənd təsərrüfatı texnikası, məktəblər, kitabxanalar, mədəniyyət evləri ermənilərə qaldı;
-- 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən tamamilə silindi;
-- Saysız-hesabsız tarixi abidələrimiz bu gün üçün ya erməniləşdirildi, ya da məhv edildi;
-- Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının hesablamalarına görə, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, 33 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə, ölçüyəgəlməzdir...".
Mətbuat Xidmətinin məlumatında deyilir ki, millət vəkili Əziz Ələkbərlinin Anım Günü üçün olduqca təsirli olan bu önəmli və vacib çıxışından sonra, tədbir iştirakçıları çıxış ediblər. Millət vəkili Məlahət İbrahimqızı möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının 44 günlük müharibədə Azərbaycan xalqına qazandırdığı Möhtəşəm Zəfərin tarixi torpaqlarımıza da yol açdığını, o günün elə də uzaqda olmadığını bildirib, İcma üzvlərinə öz tövsiyələrini verib, vacib fəaliyyətlərində onlara uğurlar arzulayıb.WhatsApp Image 2021 12 06 at 13.21.41
   Qərbi Azərbaycan İcması sədrinin birinci müavini Mirfaiq Mirheydərli, İcmanın Qadınlar Şurasının sədri Telli Pənahqızı, professor Avtandil Ağbaba, Bakı Dövlət Universitetinin müəllimi Sona Çərkəz, Azərbaycan Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, İcmanın Sumqayıt şəhəri üzrə fəalı Yavər Quliyev və başqaları 1988-ci il deportasiyası ilə bağlı xatirə və düşüncələrini bölüşüblər.
Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə sədr müavini, dosent Həqiqət Hacıyeva isə, bu qurumun tədbirdə iştirak edən xarici ölkə nümayəndələrini təqdim edib, Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərli, həmin Konqresin mətbuat katibi Gülnarə Əliyeva, İsveçdən yazar Eluca Atalı, Almaniyadan "Nürnberq, Almaniya Türk Tarixi və Mədəniyyətlər Muzeyi -- Mədinə" nin təsisçisi və rəhbəri Cəmaleddin Özdəmir, Misirdən Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə Koordinatoru Sabina Sultan çıxış edərək, təmsil etdikləri ölkələrdə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gördükləri işlərdən, qarşılaşdıqları problemlərdən danışıblar.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir