3 fevral 2026. Çərşənbə axşamı

Abdullayev oynadı, komandası evdə uduzdu


Abdullayev oynadı, komandası evdə uduzdu
Futbol üzrə Kipr çempionatında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Apollon”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1.
 
Araz da bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb.
 
“Etnikos” 12 turdan sonra 5 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO