- Xəbər news
- 22:34 14.11.2024
"Ölkə başçısının tapşırıqlarına üzrə "Kənd gənclərinin peşəkar inkişafı" və "Gənclərin elektron inkişafı" planı istiqamətində tədbirlər görülür".
Corner.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Azərbaycan Karyera İnkişaf Forumu"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gənclərin bilik və bacarıqlarının inkişafı istiqamətində aidiyyəti qurumlarla yanaşı, nazirlik də bir sıra layihələr həyata keçirir: "Müasir bazar münasibətlərində karyera sahəsində tələblər dəyişir. Bu, əmək bazarında rəqabət yaradır. Əmək bazarına yeni atılan gənclər bir sıra ziddiyyətli proseslə qarşılaşa bilərlər. Cəmiyyətin daim transformasiya olunduğunu və əmək bazarında rəqabətlərin artdığını unutmaq olmaz".