Futbol üzrə Uruqvay çempionatının qalibi məlum olub. Corner.az xəbər verir ki, “Penyarol” komandası son matçda “Plasa Koloniya”ya qalib gəlib.
Əsas vaxtı 1:1 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında məlum olub. “Penyarol” penaltiləri daha dəqiq yerinə yetirib (8:7).
“Penyarol” klub tarixində 51-ci dəfə ölkə çempionu olub.