26 oktyabr 2024. Şənbə

Emreli Spartak'ın müdafiəçilərini asanlıqla keçə bilər


Emreli Spartak'ın müdafiəçilərini asanlıqla keçə bilər

"Düşünürəm ki, "Legiya" səbrlə şanslarını və əks-hücumları gözləyəcək. Hava şəraiti legionerlər üçün üstünlük ola bilər".

Corner.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının sabiq baş məşqçisi Çeslav Mixneviç Varşava təmsilçisinin Rusiyanın "Spartak" (Moskva) klubuna qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu barədə "Legia.net" nəşrinə geniş müsahibəsində deyib.

"Həmin vaxt ruslar üzərində üstünlükdən yararlanmaq çətinləşəcək. Mahir Emreliyə verilən uzun ötürmələr "Legiya"nın təhlükəli silahı ola bilər. O, "Spartak"ın ləng mərkəz müdafiəçilərini asanlıqla keçə bilən hücumçudur. Tomaş Pexart çıxış edərsə, ondan daha çox cinah ötürmələri gözləyin".

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Spartak" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Varşava təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır.







Xəbər news