26 oktyabr 2024. Şənbə

Yunis Hüseynovdan Mahirə məsləhət: Legiya'dan ayrıl


Yunis Hüseynovdan Mahirə məsləhət: Legiya'dan ayrıl

Bu yay Polşa "Legiya"sına transfer olunan millimizin futbolçusu Mahir Emreli ilk vaxtlar parlaq oyun nümayiş etdirsə də, bu uğurun davamını gətirə bilmədi. Xüsusilə də son vaxtlar qeyri-stabil çıxış edən həmyerlimiz artıq son həftələrdə komandanın ən zəif futbolçusu seçilir. 

Corner.az xəbər verir ki, Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov 24 yaşlı futbolçunun zəif performansından danışıb. 56 yalı mütəxəssis Emreliyə klubunu dəyişməyi məsləhət görüb:

"Mən həmişə yerli futbolçuların legioner həyatı yaşamasının faydaları barədə danışmışam. Bunun bizim milli komandaya da xeyri var. Bu, həm də futbolçularımızın daha peşəkar formalaşması və xarici futbol praktikasının artmasına baxımından faydalıdır. Bir sözlə legioner həyatı yaşamaq əladır.

Mahir Emreli Legiya"ya təzə keçəndə qol epizodlarını izləyirdim. Baxımlı qollar vururdu. Amma zaman keçdikcə onda passivlik müşahidə olunur. Mətbuatda oxuduğum qədərilə, klubun yeni baş məşqçisi Marek Qlobievski Mahir barədə narazı fikirlər səsləndirir. Elə bir neçə dəfə Fanat.Az-da Mahirin "Legiya"da ən zəif futbolçu seçildiyi  barədə xəbərlər oxumuşam. 

Hər bir məşqçinin futbolçuya özünəməxsus baxışı var. Mahiri kluba gətirən məşqçi Çeslav Mixineviç komandadan uzaqlaşdırıldı. Ola bilər ki, Mahirin oyunu kluba yeni gələn çalışdırıcının xoşuna gəlmir. Əgər futbolçunun klubda sıxıntısı varsa, yeni klub axtarışına başlamalıdır. Baş məşqçi gələcəkdə ona şans verməsə, Mahir öz formasını itirə bilər. Mahirə məsləhət görərdim ki, başqa komandalardan təklifi olarsa, çox düşünməsin. 

Mətbuata inansaq Çexiya klublarından hansısa onu dəvət etmək istəyir. Mənc,ə təklif ətrafında düşünməyə dəyər. Hazırda onun mecerinin kim olduğunu bilmirəm,  amma ona demək istərdim ki, Mahirə yaxşı bir klub tapıb "Legiya"dan uzaqlaşdırsın. Mahir "Legiya"da qalsa, formasını itirəcək".

Hüseynov Varşava təmsilçisinin çıxışına da toxunub: "Legiya" Polşa çempionatında olduqca zəif təsir bağışlayır. Heç Avropa Liqasında da işləri yaxşı getmir. Cəmi 6 xalları var. Məsələn, bugünkü rəqibi "Spartak"la səfər oyununu tam izlədim. 1:0 qalib gəlmələrinə baxmayaraq, komanda həmin görüşdə də xüsusi üstünlük göstərmədi. Bu gün də "Legiya" üçün çətin olacaq.

Qeyd edək ki, "Legiya" Avropa Liqasının VI turununda bu axşam Rusiya "Spartak"ını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.(fanat.az)








Xəbər news