26 oktyabr 2024. Şənbə

Yuventus və Bavariya'nın sabiq futbolçusu karyerasını bitirdi


Yuventus və Bavariya'nın sabiq futbolçusu karyerasını bitirdi

"Yuventus" və "Bavariya"nın sabiq futbolçusu Medhi Benatya peşəkar karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, bu barədə 34 yaşlı veteran müdafiəçi özünün rəsmi "İnstaqram" səhifəsində yazıb.

Mərakeş millisinin üzvü son olaraq Türkiyənin  "Karagümrük" klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, Medhi Benatya Fransada "Marsel", "Loryan", "Klermon", həmçinin İtaliyada "Udineze" və "Roma" klublarında da çıxış edib.







Xəbər news