- Xəbər news
- 21:58 14.03.2026
Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" səfərdə "Teplitse" ilə qarşılaşıb və 7 cavabsız qolla qalib gəlib.90 dəqiqə meydanda olan Nəbiyev het-trik edib. O, 49,78 və 82-ci dəqiqələrdə fərqlənib. Bundan başqa, Fərid daha iki qolun ötürməsini veriib.
Qeyd edək ki, bununla da bu mövsüm vurduğu qolların sayını 15-ə çatdıran Fərid Nəbiyev çempionatın bombardiri olub.