26 oktyabr 2024. Şənbə

Traktor səfərdə uduzdu


Traktor səfərdə uduzdu
İran çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə “Mes Rafsancan”ın qonağı olub. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar - 2:3.
 
“Traktor” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.






Xəbər news