Kipr çempionatında 13-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Paeek”in qonağı olub. Abdullayevin komandası bu oyunda inamlı qələbə qazanıb – 2:0.
Futbolçumuz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib. Komandasının vurduğu ilk qolun məhsuldar ötürməsini də məhz millimizin futbolçusu verib.
“Etnikos” 13 turdan sonra 8 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.