24 mart 2026. Çərşənbə axşamı

Dadaşov'lu Tondela səfərdə böyük hesabla uduzdu


Dadaşov'lu Tondela səfərdə böyük hesabla uduzdu

Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun çıxış etdiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vitoriya Gimaraynş”ın qonağı olub. Dadaşovun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 2:5.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tondela” 14 turdan sonra 12 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.







Xəbər news