27 mart 2026. Cümə

Dünyanın ən çox qazanan futbolçuları açıqlandı


Dünyanın ən çox qazanan futbolçuları açıqlandı

“Barcelona”nın hücumçusu Lionel Messi 2018/2019-cu il mövsümünün ən çox məvacib alan futbolçusu olub.

Corner.az xəbər verir ki, “France Football” nəşrinin məlumatına görə, Argentinalı hücumçunun cari mövsüm ərzində gəlirləri 130 milyon avro təşkil edir. “Juventus” klubunun hücumçusu Cristiano Ronaldo isə ikinci pillədə qərarlaşıb.Onun bir il ərzində aktivlərinin 113 milyon avro artdığı bildirilir. İlk beşlikdə isə PSG-dən Neymar (91 milyon avro), “Atletico”dan Antoine Griezmann (44 milyon avro) və “Real Madrid”dən Gareth Bale (40,2 milyon avro) daxildir. Ən çox gəlir gətirən məşqçinin isə “Atletico Madrid”in baş məşqçisi Diego Simeone olduğu bildirilir. 2018/2019-cu il mövsümündə 48 yaşlı mütəxəssisin gəlirləri 41 milyon avro təşkil edib.







Xəbər news