Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda millimizin digər üzvü Rüstəm Əhmədzadənin komandası – “Minay”ı qəbul edib. Görüşdə meydan sahibləri 2:1 hesablı əzmkar qələbə qazanıb.
Hesabı 11-ci dəqiqədə qonaqlar açsalar da, meydan sahibləri 88 və 90-cı dəqiqələrdə vurduğu qollarla matçda dönüş etməyi bacarıb.
Nuriyev də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana çıxıb və sabiq komandası üzərində əzmkar qələbədə pay sahiblərindən biri məhz Nuriyev olub. Belə ki, “Kolos”un 90-cı dəqiqədə qələbə qolunun məhsuldar ötürməsini verib.
Əhmədzad isə bu görüşdə çıxış etməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib. Əvəzində “Minay”ın digər azərbaycanlı futbolçusu Eldar Quliyev start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan Quliyev 82-ci dəqiqədə də əvəzlənib.
18 oyuna 24 xal toplamış “Kolos” hazırda 16 iştirakçı arasında 8-ci, 10 xala malik “Minay” isə 15-cidir.