"Hamınızı salamlayıram. Bu, Azərbaycan futbol ailəsinin mükafatıdır". Corner.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyunu Azərbaycanda ilin idman yarışı seçilib. Məmmədov bildirib ki, ilk mərhələdə yarış 13 şəhərdə təşkil olunmalı idi: "İki şəhər bu hüquqdan məhrum qaldı. Əslində Avropa çempionatı çox gözəl təşkil edildi. Böyük futbol bayramının şahidi olduq. Bakıda tək qrup mərhələsi deyil, 1/4 final oyunu da gerçəkləşdi. Dövlət qurumlarına təşəkkür edirəm. Dövlətimiz həmişə yanımızda olub".
AFFA rəsmisi UEFA Konfrans Liqasının pley-offuna vəsiqə qazanmış "Qarabağ”ı təbrik edib: "Azərbaycan futbolunda tarix yazırlar. İnanıram ki, yeni rekordlara imza atacaq. İlqar Rəhimova müraciət edib demək istəyirəm ki, o, müzəffər Zəfər bayrağını müvəqqəti olaraq bizə verərsiniz. Bəlkə yığmamız uğur qazana bildi (gülür)". (report)