26 oktyabr 2024. Şənbə

Lionel Messi Cənubi Amerikada ilin futbolçusu seçildi


Lionel Messi Cənubi Amerikada ilin futbolçusu seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Cənubi Amerika zonasında 2021-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib. Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ klubunun üzvü Lionel Messi layiq görülüb.
 
34 yaşlı hücumçu ən yaxşı pleymeyker nominasiyasında da qalib olub. Argentina yığmasından Lionel Skaloni ən yaxşı milli komanda baş məşqçisi, Braziliya "Flamenqo"sundan Renato Qauşo ən yaxşı klub baş məşqçisi olub.
 
Messinin yığmadakı komanda yoldaşı, "Aston Villa"da çıxış edən Emiliano Martines ən yaxşı qapıçı seçilib. Venesuelalı Xesus Valensuela ən yaxşı hakim, İspaniyanın "Real" klubunda çıxış edən braziliyalı Rodriqo isə ən yaxşı gənc oyunçu kimi fərqləndirilib.
 
Qeyd edək ki, Lionel Messi daha öncə "France Football" nəşrinin "Qızıl top" mükafatının sahibi olmuşdu. O, karyerasında 7-ci dəfə bu mükafatı qazanıb.
 






Xəbər news