- Xəbər news
- 22:34 14.11.2024
Dekabrin 13-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin
sədri Rəhman Hacıyev ölkəmizdə səfərdə
olan İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüşüb.
Corner.az xəbər verir ki, görüşdə İslam İnkişaf Bankının Ölkə üzrə Əməliyyatlar
Meneceri Dr. Fərid Əhməd Xan, Xəzinədarlıq İdarəsinin Maliyyələşdirmə
şöbəsinin rəisi Zakky Bantan, Əməliyyatlar qrupunun rəhbəri Kokhorjon Aminov, Texniki
Əməkdaşlıq üzrə Baş Koordinator Əhməd Faruk Diken, bankın ölkə üzrə nümayəndəsi
Lalə Yusifova və digər nümayəndələri iştirak edib.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun
Vətən müharibəsində qazandığı Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran mühüm vəzifələrdən danışıb.
Tədbir iştirakçılarına Fondunun məqsəd və vəzifələri, dəyərləri və əsas fəaliyyət istiqamətləri barədə məlumat təqdim edilib.
Görüş zamanı İslam
İnkişaf Bankının Ölkə üzrə Əməliyyatlar Meneceri Dr. Fərid Əhməd Xan səfər çərçivəsində bir sıra dövlət qurumları ilə
görüşdüyünü və bütün görüşlər zamanı
Qarabağ məsələsinə xüsusi diqqət ayrıldığını qeyd edib.
Nümayəndə
heyətinin başçısı bildirib ki, qısa müddət ərzində işğaldan azad edilən
ərazilərdə görülən işlər təqdirəlayiqdir. Ölkəyə
səfərindən
məmnunluğunu
ifadə edən
Dr.Fərid Əhməd Xan Qarabağın bərpası və yenidənqurulması istiqamətində
Qarabağ Dirçəliş Fondu ilə
birgə əməkdaşlıqla bağlı təkliflərini
irəli sürüb.
Tərəflər
arasında qarşılıqlı faydalı
əməkdaşlıq
imkanları barədə
geniş fikir mübadiləsi
aparılıb.