Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov şəxsi “İnstaqram” hesabında “Şalke”nin əsas heyətində debüt etməsiylə bağlı paylaşım edib. Corner.az xəbər verir ki, Dadaşov, etdiyi paylaşımda Helzenkirhen təmsilçisinin əsas komandasındakı debütü haqda bunları qeyd edib:
“Son günlərdə yaşadıqlarım sadəcə inanılmazdır. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə inanılmazdır deyə bilərəm. Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkürümü bildirirəm. Həmçinin U-23-ün heyətindəki komanda yoldaşlarıma da çox minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!”
Dadaşov 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turunda “Nürnberq”lə oyunlarda meydanda olub.