- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın bugünkü məşqində iştirak etməyib.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə yanaşı, braziliyalı yarımmüdafiəçi Lukinyas da hazırlıq prosesinə çıxmayıb.
Hər iki oyunçunun azarkeşlərin hücumu nəticəsində xəsarət aldıqlarına görə məşqə qatılmadıqları ehtimal olunur.
Qeyd edək ki, "Legiya" fanatları komandalarının Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın 17-ci tur oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum edib.