3 fevral 2026. Çərşənbə axşamı

Maradona kuboku: Barselona Boka Xuniors'a uduzdu - VİDEO


Maradona kuboku: Barselona Boka Xuniors'a uduzdu - VİDEO
İspaniyanın “Barselona” və Argentinanın “Boka Xuniors” komandaları əfsanəvi futbolçu Dieqo Maradonanın şərəfinə keçirilən Maradona kubokunda qarşılaşıb. Corner.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Mrsool Park” stadionunda baş tutan matç Cənubi Amerika təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
 
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan Cənubi Amerika təmsilçisi 4:2 hesabıyla qalib gəlib.
 
Xatırladaq ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı mərhum futbolçu müxtəlif illərdə həm "Boka Xuniors"un, həm də "Barselona"nın formasını geyinib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO