27 mart 2026. Cümə

78 min avroluq saat Almaniya futbolunu başsız qoydu


78 min avroluq saat Almaniya futbolunu başsız qoydu

Almaniya Futbol Federasiyasının prezidenti Reinhard Grindel istefa verib.

Corner.az xəbər verir ki, onun istefasına Ukrayna Futbol Federasiyasının prezidenti Hryhoriy Surkisdən aldığı bahalı saat səbəb göstərilir.

Belə ki, Almaniya mətbuatı Surkisin Grindelə qiyməti 78 min avro olan bir saat bağışladığını üzə çıxarıb. Almaniya Futbol Federasiyasının qaydalarına görə, Grindel bu barədə məlumat verməli, ya da geri qaytarmalı idi. Lakin o, bu iki yoldan heç birini seçməyib və sözügedən hədiyyəni belə demək mümkünsə, gizlincə qəbul edib.

Maraqlıdı ki, bu, ilyarım əvvəl Grindelin ad günündə baş verib. Lakin mətbuat hadisənin üstünü indi açıb.

AFF ilə yanaşı, UEFA və FİFA-da da çalışan Grindel ilinə 500 min avro qazandığı halda, belə bir hədiyyəni qəbul etdiyi üçün ölkə mətbuatının və ictimaiyyətin ciddi qınağı ilə üzləşib. Məhz bu üzdən 57 yaşlı futbol funksioneri istefa vermək məcburiyyətində qalıb.

Qeyd edək ki, Grindel 2016-cı ildən Almaniya futboluna rəhbərlik edirdi.(komanda)







Xəbər news