26 oktyabr 2024. Şənbə

Mahirsiz Legiya'dan darmadağın


Mahirsiz Legiya'dan darmadağın
Polşa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv 3-cü turdan təxirə salınmış oyunda “Zaqlembe”ni qəbul edib. Varşava təmsilçisi bu oyunda darmadağınla qalib gəlib – 4:0.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Bir neçə gün öncə azarkeşlərin klub avtobusuna hücumu zamanı başından xəsarət aldığı iddia olunan 24 yaşlı futbolçunun adı iştirak ərizəsinə də daxil edilməyib. Azərbaycanlı futbolçu ilə yanaşı, qalmaqallı hadisə zamanı xəsarət almış Lukinyas da bu görüşdə çıxış etməyib.
 
“Legiya” bu qələbədən sonra xallarının sayını 15-ə çatdırıb və hazırda 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Varşava təmsilçisinin ehtiyatda daha bir oyunu var.






Xəbər news