Polşa çempionatında 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lexiya” (Qdansk) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə qazanıb – 1:0.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin müdafiəçisi 70-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Visla” 19 turdan sonra 29 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.