Portuqaliya çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun şərəfini qoruduğu “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Pasuş de Ferreyra”nı qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub - 0:1.
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
“Tondela” 15 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.