27 noyabr 2024. Çərşənbə

Legiya'nın baş məşqçisi Emreli ilə görüşdü


Legiya'nın baş məşqçisi Emreli ilə görüşdü
Polşanın “Legiya” komandasının baş məşqçisi Aleksandr Vukoviç Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə görüşüb. Corner.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Emreli ilə onun Varşava təmsilçisindəki gələcəyi haqqda danışıb.
 
Vukoviç komandada ona ehtiyacının olduğunu söyləyib. 24 yaşlı forvard görüşə müsbət reaksiya versə də, hələlik karyerası ilə bağlı qərar vermədiyini bildirib. Amma hücumçunun ən azı mövsümün sonunadək “Legiya”da qalmaq ehtimalının olduğu vurğulanıb.
 
Xatırladaq ki, Mahir Emreli və komanda yoldaşı Lukinyas “Legiya”nın Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətindən sonra azarkeşlərin hücumuna məruz qalmışdı. Həmin vaxt başından xəsarət aldığı bildirilən Mahir baş verənlərdən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Onun qışda komandanı tərk edəcəyi iddia olunur.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir