Futbol üzrə FİFA Ərəb kubokunun qalibi bəlli olub. Corner.az xəbər verir ki, həlledici matçda Əlcəzair və Tunis yığmaları qarşılaşıb.
Görüşdə Əlcəzair yığması 2:0 hesabı ilə qələbə qazanıb. Əlcəzairə qələbə gətirən qolları Sayud və Braimi vurub.
Üçüncü yer uğrunda görüşdə isə Misir və Qətər yığmaları qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn Qətər yığması bürünc medallara sahib çıxıb.