- Xəbər news
- 22:34 14.11.2024
Dünyanın ən yüksək ödənişli qadın futbolçusu müəyyənləşib.
Corner.az “France Football” nəşrinə istinadən xəbər verir ki, bu, Norveç yığmasının hücumçusu Ada Hegerberqdir. Fransanın “Lyon” klubunda çıxış edən 23 yaşlı forvardın illik maaşı 400 min avro təşkil edir.
“Üçlük”də Hegerberqin “Lyon”dakı komanda yoldaşları Amandin Anri və Vendi Renar da yer alıb. Fransa millisinin üzvlərinin əmək haqqları müvafiq olaraq 360 min avro və 348 min avrodur.
Dünyanın ən yüksək ödənişli kişi futbolçusu isə argentinalı Lionel Messidir. İspaniya “Barcelona”sının kapitanı ilinə 130 milyon avro qazanır. Bu isə o deməkdir ki, Hegerberq Messidən 325 dəfə az pul alır.
Qeyd edək ki, Ada Hegerberq ötən il “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının ilk qadın laureatçısı olub. Kişilərdən isə İspaniyanın “Real Madrid” klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modrcç bu ada layiq görülüb.