27 noyabr 2024. Çərşənbə

Mahir Emreli Polşadan ayrılıb


Mahir Emreli Polşadan ayrılıb

"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

Corner.az-ın məlumatına görə, 24 yaşlı hücumçu bu barədə şəxsi "İnstaqram" hesabında yazıb.

Emreli bu gecə Bakıya çatıb. Hava limanından foto paylaşan Mahir postda "family coming first" ("ailə birinci gəlir") yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşava təmsilçisindən ayrılacağı gözlənilir.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir