- Xəbər news
- 22:34 14.11.2024
"Mahir Emreli ilə görüşdüm, durumu yaxşıdır. Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq".
Corner.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç "Radomyak"a 0:3 hesabı ilə məğlub olduqları Ekstraklasanın 19-cu tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis 24 yaşlı hücumçuya çox ehtiyacları olduğunu bildirib: "Emreli kimi oyunçuya çox ehtiyacımız var. Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib".
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.