26 oktyabr 2024. Şənbə

Elxan Məmmədov federasiya prezidenti ilə görüşdü


Elxan Məmmədov federasiya prezidenti ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti, səyyah Fərid Novruzi ilə görüşüb.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov dünya səyahətini müvəffəqiyyətlə başa vurması münasibətilə onu təbrik edib.

F.Novruzi dünya səyahətini 158 günə tamamlayıb. Səyahət zamanı o, 6 qitəyə - Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Avstraliya yollanıb, heç bir hava nəqliyyatından istifadə etmədən 60 000 km məsafə qət edib. Ekvatoru şimaldan cənuba və cənubdan şimala olmaqla iki dəfə keçib, dünyanın iki antoqonist nöqtəsində olub.

Bütün bunları 158 günə tamamlamış Novruzi daim doğma Azərbaycan bayrağını səyahət etdiyi əksər ölkələrin ən görməli, əhəmiyyətli yerlərində dalğalandırıb.







Xəbər news