26 oktyabr 2024. Şənbə

Traktor kubokda mübarizəni dayandırdı


Traktor kubokda mübarizəni dayandırdı
İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Corner.az xəbər verir ki, “Traktor” da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Mes Rafsancan”ı qəbul edib.

Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu səbəbdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq olan qonaqlar 3:1 hesabıyla qələbə qazanaraq 1/8 finala yüksəliblər. Təbriz klubu isə mübarizəni erkən dayandırıb.






Xəbər news