- Xəbər news
- 11:02 25.10.2024
20 dekabr 2021-ci il tarixində Qarabağ Dirçəliş
Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Corner.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan
Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri —
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin
deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla,
Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin
sədri Rəhman Hacıyev iştirak ediblər.
İlk olaraq Müşahidə Şurasının sədri, Azərbaycan
Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov iclas iştirakçılarını
salamlayıb. Daha sonra Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə
Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin strateji
istiqamətləri (2022-2025)”, “2022-ci il üzrə fandreyzinq və kommunikasiya planı”,
“Qrantın verilməsi qaydaları”, “Fondun fəaliyyətinin standartları
siyasəti”nin təsdiqi və Qarabağ Dirçəliş Fondunun kənar auditorunun
seçilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıb.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər
Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Müşahidə Şurası tərəfindən bir
neçə auditor şirkətinin təklifləri nəzərdən keçirilib və PwC şirkəti
Fondun kənar auditoru kimi təsdiq olunub.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər
və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim
olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar
verib.