26 oktyabr 2024. Şənbə

Levandovski Messi ilə Ronaldonu müqayisə etdi


Levandovski Messi ilə Ronaldonu müqayisə etdi

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski PSJ-də çıxış edən Lionel Messi ilə "Mançester Yunayted"də oynayan Kriştiano Ronaldo arasında müqayisə aparıb.

Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu hər iki oyunçunun hamıdan üstün olduğunu bildirib.

Polşalı futbolçu onların arasında rəqabətin həmişə olduğunu bildirib: "Hər şey hansı növ futbolçuya üstünlük verməyinizlə bağlıdır. Ronaldonun zəhmətinə hörmət edirəm. Messi üçün hər şey asan görünür. Düşünürəm ki, Ronaldo uğur qazanmaq üçün daha çox çalışmalı olub".

Qeyd edək ki, Robert Levandovski 2021-ci il "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mübarizədə ikinci olub.







Xəbər news