26 oktyabr 2024. Şənbə

Dadaşovun komandası 1/4 finala yüksəldi


Dadaşovun komandası 1/4 finala yüksəldi
Portuqaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Eştoril”i qəbul edib. Dörd qolun qeydə alındığı matçda Dadaşovun komandası inamlı qələbə qazanıb – 3:1. Nəticədə, “Tondela” 1/4 finala ilk vəsiqənin sahibi olub.
 
Renat da bu görüşün iştirakçısı olub. Millimizin forvardı 87-ci dəqiqədə meydana buraxılıb.






Xəbər news