27 noyabr 2024. Çərşənbə

Emreli uğursuzluq yaşayır, qol vurmur


Emreli uğursuzluq yaşayır, qol vurmur
“Legiya”nın əfsanəvi futbolçusu Dariuş Dzekanovski Varşava klubunun rəhbərliyini və futbolçularını tənqid edib. Corner.az xəbər verir ki, veteran futbolçu Mahir Emreli barədə də fikirlərini bildirib: 
 
“Artur Boruçla müqavilə imzalayarkən ehtiyat tədbirləri görmək lazım idi. Canluici Buffon və Voyçex Şesnı ilə olduğu kimi eyni sinifdən ikinci qapıçıya sahib olmaq lazım idi. Klub buna hazırlaşmayıb. Plan harada idi? Bartoş Slişla 1,8 milyon avroya müqavilə imzalanıb, indi isə onun qiyməti xeyli aşağı düşüb. Onun hətta genişləndirilmiş heyətə düşmək şansı yoxdur.
 
Andre Martins yaxşı başlamasına baxmayaraq, getdikcə daha zəif oynayır. Keçən mövsümün bombardiri olan Tomaş Pekharta isə sadəcə ehtiyac yoxdu.
 
Mahir Emreli? “Bodo-Qlimt” və “Flora”, bunlar rəqib deyil. O, uğursuzluq yaşayır, qol vurmur, aktiv deyil. Sadəcə 2-3 matçı uğurlu alındı onda”.

Qeyd edək ki,  Dzekanovski  karyerası ərzində “Köln” və “Seltik”də də çıxış edib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir