- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında ilin legioner oyunçusu adına namizəd göstərilib.
Corner.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə yanaşı, serbiyalı müdafiəçi Filip Mladenoviç və çexiyalı forvard Tomaş Pexart da bu mükafata iddia edir.
Qalib Varşava klubunun rəsmi saytı, feysbuk və tviter hesablarında azarkeşlər arasındakı sorğu nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm vurduğu 11 qolla "Legiya"nın ən sərrast futbolçusudur.