- Xəbər news
- 22:34 14.11.2024
UEFA-nın prezidenti Aleksander Çeferin açıqlama verib.
Corner.az xəbər verir ki, qurumun mətbuat xidmətinə danışan sloveniyalı funksioner, 2021-ci ilin əsas qələbəsinin Avropa Super Liqası layihəsinin ləğvi olduğunu deyib:
“Super Liqa layihəsinin süqutu ilin ən böyük zəfəri idi. Bu məsələdə UEFA-nı dəstəkləyən hər bir kəsə təşəkkür edirəm. Bu, bizim uğurlarımızın davamının gələcəyinə zəmanət verir.Bunu həm daim dəyişən səhiyyə qaydaları fonunda il ərzində çoxlu matçlar keçirməklə, həm də azarkeşlərin təhlükəsiz şəkildə stadionlara qayıda biləcəyini nümayiş etdirməklə sübuta yetirdik. Ötən 12 ay ərzində UEFA-nın bütün üzvləri - milli assosiasiyalar, oyunçular, milli liqalar, klublar, məşqçilər, matç rəsmiləri, azarkeşlər, tərəfdaşlarımız və media - bu görkəmli uğurlara mühüm töhfələr veriblər”.
Aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.