26 oktyabr 2024. Şənbə

Beşiktaş'ın baş məşqçisi daha əvvəl Qarabağ'da işləyib


Beşiktaş'ın baş məşqçisi daha əvvəl Qarabağ'da işləyib

Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi səlahiyyətlərini icra edən Önder Karaveli daha əvvəl Azərbaycanda işləyib.

Corner.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Karaveli "köhlən atlar"dan ayrıldıqdan sonra İstanbul təmsilçisinin akademiyasında çalışıb. "Qara qartallar"ın U-19 komandasına rəhbərlik edən baş məşqçi dekabrın 9-da Sergen Yalçının istefasından sonra əsas komandaya çağırılıb.

Qeyd edək ki, "Beşiktaş" Önder Karavelinin rəhbərliyi altında Superliqadakı üç qarşılaşmanın birində heç-heçə edib, ikisində isə qələbə qazanıb. "Ağ-qaralar" hazırda 18 oyundan 28 xalla 7-ci pillədə qərarlaşıb.(report)







Xəbər news