26 oktyabr 2024. Şənbə

2021-ci ildə ən çox qol vuran qapıçı bilindi


2021-ci ildə ən çox qol vuran qapıçı bilindi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran qapıçının adını açıqlayıb.

Corner.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, Paraqvayın "Quarani" klubunun qolkiperi Qaspar Servio bu ünvanın sahibi olub.

29 yaşlı qapıçı yerli çempionatda 7 dəfə penaltidən fərqlənib.

Serviodan başqa 2021-ci ildə yalnız bir qapıçı birdən çox qol vurub. Braziliyanın "Atletiko Qoiyaniense" komandasından Jean Paulo Fernandeş Filyo 2 dəfə rəqib qapılarında yol tapıb.







Xəbər news