- Xəbər news
- 22:34 14.11.2024
Los-Anceles məhkəməsi "Liverpul"un sabiq futbolçusu Daniel Starrici 30 min ABŞ dolları ödəməyə məcbur edib.
Corner.az BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu həmin məbləği itini tapan şəxsə verməli olub.
İt 2019-cu ildə Starricin evindən oğurlanıb. Starric sosial şəbəkədə izləyiciləri ilə əlaqə saxlayaraq ev heyvanını ona verəcək şəxsə 30 min dollar ödəyəcəyini bildirib.
İti Los-Ancelesdə Foster Vaşinqton adlı musiqiçi tapıb, futbolçu isə ona pul mükafatı verməkdən imtina edib. F. Vaşinqton bundan sonra ingiltərəli oyunçunu məhkəməyə vermək qərarına gəlib.
Qeyd edək ki, Daniel Starric oktyabrdan Avstraliyanın "Pert Qlori" klubunda çıxış edir.