26 oktyabr 2024. Şənbə

Levandovski birinci oldu, Messi və Ronaldo ilk 5-lik'də yoxdu


Levandovski birinci oldu, Messi və Ronaldo ilk 5-lik'də yoxdu

2021-ci ildə Avropanın top-5 liqalarında çıxış edən ən reytinqli oyunçular müəyyənləşib.

Corner.az xəbər verir ki, bu barədə "WhoScored" statistika saytı araşdırma aparıb.

Polşa millisinin və "Bavariya" klubunun hücumçusu Robert Levandovski 8,08 xalla bütün rəqiblərini qabaqlayıb. "Liverpul"un futbolçusu Məhəmməd Salah 7,89 xalla ikinci, PSJ-dən Kilian Mbappe 7,80 xalla üçüncü olub.

İspaniyanın "Real Madrid" komandasının forvardı Kərim Benzema (7,75) və İtaliya "İnter"indən Hakan Çalhanoğlu (7,48) növbəti pillələrdə qərarlaşıb. PSJ-də çıxış edən və bu il "Qızıl top" mükafatını qazanan Lionel Messi siyahıda yer almayıb.







Xəbər news