- Xəbər news
- 21:58 14.03.2026
PSJ-nin hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
Corner.az-ın məlumatına görə, 23 yaşlı futbolçu Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə bu adın sahibi olub.
Mbappe bu il Paris klubunun heyətində Fransa Kubokunun qalibi olub, həmçinin Liqa 1-də bombardir ünvanını qazanıb.
Digər mövqelər üzrə də ən yaxşıların adları açıqlanıb. Mbappenin komanda yoldaşı Canluici Donnarumma ən yaxşı qapıçı, "Yuventus"da çıxış edən Leonardo Bonuççi ən yaxşı müdafiəçi, "Bavariya"nın futbolçusu Robert Levandovski isə ən yaxşı hücumçu seçilib. Polşalı futbolçuya eyni zamanda Maradona mükafatı təqdim olunub.
İlin komandası adına isə İngiltərə "Çelsi"si layiq görülüb. London klubu bu il UEFA Çempionlar Liqasını qazanıb.