Almaniyanın “Kicker” nəşri “Bavariya”nın hücumçusu Robert Levandovskini mükafatlandırıb. Corner.az xəbər verir ki, nəşrin sorğusu əsasında, polşalı futbolçu Almaniyada 2021-ci ilin futbol adamı seçilib.
Levandovski bu mükafatı qazanan 9-cu Münhen təmsilçili olub.
Ötən il bu mükafata “Bavariya"nın keçmiş baş məşqçisi Hans-Diter Flik layiq görülmüşdü.