Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Corner.az xəbər verir ki, bu, Estoniyanın “Payde” klubunun futbolçusu Henri Anierdir.
31 yaşlı futbolçu Estoniya kubokunda “Flora”nın əvəzedici komandasına qarşı keçirilən matçda (14:0) 8 qol vurub.
İkinci pillədə Albaniyadan olan Mirto Uzuni yer alıb. Macarıstanın “Ferentsvaroş” komandasının üzvü “Hatvan”ı 9:0 hesabıyla məğlub etdikləri oyunda 6 qol vurub.
Üçüncü yerdə isə avstraliyalı Ceymi Maklaren qərarlaşıb. “Melburn Siti” komandasının futbolçusu “Melburn Viktori” ilə oyunda qələbəni (5:0) təkbaşına təmin edib.