Ukraynada 2021-ci ilin ən yaxşı baş məşqçisi məlum olub. Corner.az xəbər verir ki, bu ada “Dinamo”ya rəhbərlik edən Mirça Luçesku layiq görülüb. Bu barədə Ukrayna Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.
Luçeskunun rəhbərlik etdiyi “Dinamo” 2021-ci ildə Ukrayna kubokunu və superkuboku qazanıb.