İsveçdə 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Corner.az xəbər verir ki, bu Almaniyanın “Leyptsiq” klubunun yarımmüdafiəçisi Emil Forsberqdir.
30 yaşlı futbolçu karyerasında ilk dəfə ölkəsində "Qızıl top" mükafatına layiq görülüb. Ötən mövsüm bu mükafatı İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç qazanmışdı. 40 yaşlı futbolçu ümumilikdə 12 dəfə İsveçin ən yaxşısı ünvanına sahib olub.