Futbol üzrə Portuqaliya çempionatında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Jil Visente”ni qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 0:3.
Renat da bu görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb.
“Tondela” 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.