- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan Stolüstü Tennis Federasiyasında yeni təyinat olub.
Corner.az-ın məlumatına görə, Könül Mikayılova İcraiyyə Komitəsinin iclasında baş katibi təyin edilib.
Qeyd edək ki. Könül Mikayılova 1984-cü ildən stolüstü tennislə məşğul olub. Milli komandanın üzvü 1997-2000-ci illərdə Suraxanı UGİM-də, 2000-2014-cü illərdə "Neftçi İSM-də məşqçi işləyib. Azərbaycan Stolüstü Tennis Federasiyasında 2009-cu ildən fəaliyyət göstərən Könül Mikayılova daha əvvəl təlimatçı və idman şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikasının İdman Ustasi, Beynəlxalq dərəcəli hakim, Avropa Stolüstü Tennis İttifaqının Gender bərabərliyi komitəsinin üzvüdür.