“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun Hindistanın Qoa əyalətində heykəli qoyulub. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun heykəlinin ucaldılması yerli əhali tərəfindən xoş qarşılanmayıb.
Hindistanın İANS agentliyinə danışan bir etirazçı Ronaldonun heykəlinin qoyulmasına qarşı olduğunu belə izah bildirib:
“Ronaldonun heykəlinin qoyulması məndə xəyal qırıqlığı yaşatdı.Samir Naik və Bruno Koutinyo kimi yerli oyunçularımızla qürur duymağı öyrənin”.
Ronaldonun heykəlinin açılışı zamanı etirazçıların bir qismi ağ bayraq qaldırıb.